ELM VƏ TƏHSİL
“Skype” 2017-ci ilin əvvəlindən daha “Windows Phone” və “Windows RT” üçün işləməyəcək
Bakı, 13 avqust, AZƏRTAC
“Microsoft” şirkətinin nümayəndələri bildiriblər ki, 2017-ci ildə “Skype” əlavəsi daha “Windows Phone 8”, “Windows Phone 8.1” smartfonlarında, habelə köhnəlmiş, lakin başqa istehsalçılar tərəfindən buraxılmış bir sıra digər əməliyyat sistemlərində işləməyəcək.
Layihə müəllifləri qeyd edirlər ki, indi onlar diqqəti bazarda tələbat olan, istifadəçilər üçün daha aktual və maraqlı proqramlar üzərində cəmləşdirmək istəyirlər.
AZƏRTAC “planet-today.ru” saytına istinadla xəbər verir ki, “Skype” əlavəsinə dəstək 2016-cı ilin oktyabrında dayandırılacaq. Amma onun işinə dərhal xitam verilməyəcək.
Əvvəlcə onun işində bəzi məhdudiyyətlər yaranacaq, 2017-ci ilin əvvəlində isə fəaliyyəti tamamilə dayandırılacaq.
Bəzi imkanların lokallaşdırılmasına gəlincə, korporasiyanın nümayəndələri bu suala dəqiq cavab verməsələr də, vurğulayıblar ki, dəyişikliklər əməliyyat sisteminin yenilənməsi ilə birlikdə baş verəcək və tezliklə qurğular üçün əlçatan olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]