DÜNYA


“Skype” proqramında rus dili üçün sinxron tərcümə istifadəyə verilib

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

2015-ci ilin payızından "Skype" proqramında əlçatan olan danışığın sinxron səsli tərcümə xidməti bu gündən rus dilini də dəstəkləyir. Bu funksiya rus dilində danışan istifadəçilərə ingilis, ispan, Çin, italyan, fransız, Braziliya portuqalı, alman və ya ərəb dillərini bilmədən bu dillərin daşıyıcıları ilə ünsiyyət saxlamağa imkan verir.

AZƏRTAC "hitech.vesti.ru" saytına istinadən xəbər verir ki, sinxron tərcüməçi xidmətindən yararlanmaq üçün istifadəçi əvvəlcə həmsöhbətini seçməli, dialoq pəncərəsini açmalı və qlobus şəklində olan "Skype Translator" nişanını tapmalıdır.

"Skype Translator" nişanının üzərinə sıxmaqla başlanğıc ayar kimi deaktiv edilmiş sinxron tərcüməçi funksiyasını aktivləşdirməli, cari istifadəçi və həmsöhbət üçün müvafiq dilləri seçməklə adi rejimdə ünsiyyətə başlamaq olar. Deyilmiş ifadələrin tərcüməsi azacıq ləngimə ilə səsləndirilir, həmçinin subtitrlər göstərilir.

"Skype Translator" funksiyası neyroşəbəkələr əsasında işləyən kompyuter təlimi texnologiyasına əsaslanır. Bu o deməkdir ki, xidmət istifadə edildikcə təkmilləşir və daha çox insan istifadə etdikcə tərcümənin keyfiyyəti də bir o qədər ürəkaçan olur.

"Microsoft" korporasiyasının nümayəndəsi bildirib ki, yeni funksiya digər ölkələrdə yaşayan dost, qohum və həmkarlarla sərbəst ünsiyyət saxlamaq üçün lazım ola bilər, həmçinin təhsil və işgüzar danışıqlar üçün yeni imkanlar açacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.