DÜNYA


“Skype” servisində “Android” qurğuları üçün tez zəngçalma funksiyası istifadəyə verilib

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC 

“Microsoft” korporasiyası son vaxtlar “Skype” xidmətinin inkişafına böyük diqqət yetirir. Belə ki, servisin “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün təqdim edilən növbəti yenilənmədə istifadəçi interfeysi daha da yaxşılaşdırılıb və bir neçə yeni funksiya əlavə olunub.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, əlavədə “dialer” zəng proqramının işə salınması üçün yeni düymə, zənglər pəncərəsində isə tez zəngçalma imkanı yaradılıb.

Mütəxəssislərin sözlərinə görə, yenilənmə bir sıra məlum problemlərin, o cümlədən səsli bildirişləri dinləyərkən audionun səsləndirilməsi ilə bağlı problemin həllinə kömək edəcək.

Qeyd edək ki, “Skype Insiders Program”ının iştirakçısı olmaqla “Skype”ın bütün yeni funksiyalarından ilkin istifadə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.