DÜNYA


Skype servisinin işində problem yaranıb

Bakı, 20 iyun, AZƏRTAC

Skype istifadəçiləri bütün dünya üzrə servisin işində nasazlıqla qarşılaşıblar.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, kompaniya hazırda problemin aradan qaldırılması ilə məşğuldur. “Biz istifadəçilərin əlavəyə daxil ola bilməməsi, yaxud məlumat göndərə və ala bilməməsi ilə nəticələnə biləcək problemdən xəbərdarıq” – kompaniyanın saytında dərc olunmuş məlumatda belə deyilir. Qeyd olunur ki, bəzi istifadəçilər qrup çağırışlarının davam etdiyini göstərən qara səhifə görə bilərlər. Onların, həmçinin dostlar siyahısına istifadəçilər daxil etməsi zamanı ləngimələrlə qarşılaşması da mümkündür.

Kompaniya artıq nasazlığın aradan qaldırılması üzərində işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.