MƏDƏNİYYƏT


Slava Nikitin: “Jara” festivalının ilk günündə havanın küləkli olması yerinə düşüb

A+ A

Bakı, 10 iyul, AZƏRTAC

Bakıya ilk dəfədir gəlirəm. Burada havanın Rusiyadan xeyli isti, günəşli olduğunu eşitmişdim. Lakin festivalın ilk günündə Bakıda havanın bir qədər küləkli olması yerinə düşdü.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Jara” Beynəlxalq Musiqi Festivalının aparıcısı (qırmızı xalıda) Slava Nikitin jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, Bakıya gəlməzdən əvvəl bu şəhərdə qızmar günəşdə qırmızı xalının üstündən keçməyin çətin olacağını zənn edib. Lakin festivalın ilk günündə havanın küləkli olması bu baxımdan yerinə düşüb, əhval-ruhiyyə də çox yüksəkdir.

Bakı sakinlərinin qonaqpərvərliyindən danışan Slava Nikitin şəhərin qızlarının çox gözəl olduqlarını xüsusilə vurğulayıb. Qeyd edib ki, onun bu münasibəti bəlkə də öz qızının qaragöz, saçlarının qara olmasından irəli gəlir.

“Jara” Beynəlxalq Musiqi Festivalı haqqında fikirlərini bölüşən qonaq qeyd edib ki, müğənnilər mahnı ifa etməklə yanaşı, müsbət emosiya da bəxş edirlər. Bakıda, “Sea Breeze”də yaradılmış gözəl şəraitdə, dənizin kənarında musiqiçilər həm də dincəlirlər. Deməli, onlar tamaşaçıda ikiqat müsbət emosiya aşılayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.