DÜNYA


Slovakiyada helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC 

Slovakiyanın “Air–Transport Europa” xilasedici xidmətinə məxsus tibbi helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Bu barədə Slovakiyanın Daxili İşlər Nazirliyinin nümayəndəsi İvan Netik məlumat yayıb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, göyərtədə olan 3 nəfər şəxsi heyət və 38 yaşlı xəstə qəzadan sağ çıxa bilməyib. Hadisə Slovakiyanın Banska-Bistrisa şəhəri yaxınlığında Spletniki yaşayış məntəqəsində baş verib.

Qəzanın baş vermə səbəbləri məlum deyil. Hadisə yerində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.