DÜNYA
Slovakiyanın sabiq prezidenti Mixal Kovaç vəfat edib
Bakı, 5 oktyabr, AZƏRTAC
Slovakiya Respublikasının birinci prezidenti olmuş Mixal Kovaç Bratislavada dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi Slovakiya radiosuna istinadla məlumat yayıb. Mixal Kovaçın ürək tutmasından vəfat etdiyi bildirilir.
1993-1998-ci illərdə yüksək dövlət postunda çalışmış sabiq prezident uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkib. O, sentyabrına 30-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Mixal Kovaç 1930-cu il avqustun 5-də dünyaya gəlib. 1989-cu ildə baş verən inqilabdan sonra o, Slovakiyanın maliyyə naziri təyin edilib, 1992-ci ilin iyununda isə ÇSFR-in federal parlamentinin spikeri olub. Ölkə iki müstəqil dövlətə bölündükdən sonra Mixal Kovaç Slovakiyanın ilk prezidenti seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]