SİYASƏT
“Slovo Kırqızıstana” qəzeti V Bakı Beynəlxalq Humanitar Forumundan yazır
Bişkek, 28 noyabr, AZƏRTAC
Qırğızıstanın “Slovo Kırqızıstana” qəzetində baş redaktorun müavini Kifayət Əskərovanın V Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı üçhissəli məqaləsi dərc olunub.
Müəllif Humanitar Forumun tarixi, bu nüfuzlu tədbirə dünyanın hər yerindən yüksək səviyyəli qonaqların dəvət edilməsi, tədbirdə müzakirə olunan aktual məsələlər haqqında geniş məlumat verir.
Məqalədə V Bakı Beynəlxalq Humanitar Forumunda nitq söyləyən Prezident İlham Əliyevin fikirləri şərh edilir.
Jurnalist Forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin tarixi haqqında da söhbət açır, Azərbaycanın iqtisadi inkişafı, ölkədə keçirilən digər tədbirlər barədə məlumat verir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek