DÜNYA
Smartfon asılılığından xilas olmağın yolu tapılıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Hollandiyalı startapçı tərəfindən hazırlanmış “DistractaGone” adlı sadə qurğu smartfondan asılılığı azaldacaq. Smartfon asılılığından xilas olma üsulu çox sadə olsa da, son dərəcə səmərəlidir. İdeya müəllifləri layihənin reallaşdırılmasına lazım olan vəsaiti “Kickstarter”də toplayırlar.
AZƏRTAC “mail.ru” saytına istinadən xəbər verir ki, “DistractaGone” – smartfonlar üçün xüsusi seyfdir: dörd qurğu yerləşdirmək mümkündür və “AA” tipli batareyalarla işləyir.
Asılılıqdan xilas olmaq üçün sadəcə, smartfonu “DistractaGone” qurğusuna yerləşdirərək “taymer”i qurmalı, sonra isə üzərində qıfıl təsviri olan düymə sıxılmalıdır. “Taymer” bitməyənədək seyf açılmayacaq. Vaxt qurğunun qapağında qurulmuş ekranda əks olunur.
Qurğunun yaradıcıları bildirirlər ki, “DistractaGone” dostlarla birlikdə vaxt keçirmək üçün mükəmməl vasitədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]