İQTİSADİYYAT


Smartfon və planşetləri kabelsiz enerji ilə doldurmaq mümkündür

Bakı, 6 avqust, AZƏRTAC

“AR Designs Canada” şirkəti tərəfindən ağacdan qutu formasında hazırlanan enerji doldurma qurğusu smartfon və planşetləri kabelsiz enerji ilə şarj edir. Lakin qurğu elektromaqnetizm sayəsində cihazları öz səthindən bir neçə santimetr hündürlükdə havada saxlayır.

AZƏRTAC “osp.ru” saytına istinadla xəbər verir ki, enerji doldurma qurğusu 600 qram ağırlığında qurğunu öz səthindən hündürlüyə qaldıra bilər. Bu qurğu iki variantda (smartfon və planşetlər) üçün təklif edilir.

Çatdırma dəstinə enerji doldurma qurğusundan başqa, bir çox smartfon və planşet modellərini enerji ilə simsiz doldurmağa imkan verən futlyar daxildir. Futlyar “iOS” və “Android” sistemləri ilə işləyən qurğular üçün “Lightning” və ya micro-USB birləşdiricisi ilə təchiz edilir. “iPhone 5” və yuxarı modellər dəstəklənir, “Android” üçün futlyarlar isə “Samsung”, “LG”, “Sony” və “Huawei” şirkətlərinin aparatlarına uyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.