ELM VƏ TEXNOLOGİYA


Smartfonla işləyən ilk süni mədəaltı vəz yaradılıb

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Kembric Universitetinin alimləri “Android” mobil əməliyyat sistemli smartfon vasitəsilə çalışan ilk süni mədəaltı vəz yaradıblar.

AZƏRTAC “Popmech” saytına istinadla xəbər verir ki, bu cihaz şəkər xəstəliyindən əziyyət çəkən insanların qanındakı qlükozanın miqdarını ölçmək üçün nəzərdə tutulub. Süni mədəaltı vəz insulin nasosu, qlükometr və qəbuledicidən ibarətdir. Belə ki, qlükometr qandakı şəkərin miqdarını real vaxtda ölçür, nasos isə zərurət olduqda lazımı insulin miqdarını ifraz edir. Nəticədə şəkər xəstəliyindən əziyyət çəkən insanlar qlükozanın miqdarını ölçərək insulinin miqdarını təyin etməkdən azad olacaqlar. Həmçinin bu sistem hətta xəstə yatdığı zaman belə dayanmadan çalışa bilər.

Qurğunun gələn il təqdim olunacağı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.