DÜNYA


Smartfonlar şəhər yollarının xəritəsini hazırlamağa kömək edəcək VİDEO

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun elmi işçiləri “Ford Motor Company” korporasiyasından olan mühəndislərlə birgə mobil telefonların köməyi ilə şəhər sakinlərinin istifadə etdiyi yolların xəritəsini hazırlamağa nail olublar.

AZƏRTAC “planet-today.ru” saytına istinadən xəbər verir ki, Bostonun yerli sakinləri 6 həftə ərzində unikal sınaqda iştirak ediblər. Elmi işin müəllifləri yerli sakinlərin cihazına xüsusi hazırlanmış proqramlar qurublar. Nəticədə alimlər sınaqda iştirak edənlərin şəhərin müxtəlif rayonlarında hərəkətini izləyə biliblər.

Elmi iş nəticəsində hazırlanmış xəritəni Boston hakimiyyəti xeyli pul vəsaiti xərcləməklə bir neçə il müddətinə hazırlaya bilərdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.