DÜNYA


Smartfonlar sürücülük vəsiqəsini əvəz edəcək

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Hindistanda sürücülük vəsiqəsinin surətini “DigiLocker” adlı mobil proqrama yükləməyə icazə verilib. Beləliklə, sürücülər sənədlərin kağız versiyasını öz üzərində daşımalı olmayacaq, sadəcə, smartfonu yol patrul xidməti əməkdaşlarına göstərmək kifayət edəcək.

AZƏRTAC “therunet.com” saytına istinadən xəbər verir ki, sürücülər bu gündən etibarən sürücülük vəsiqəsinin rəqəmli versiyasından istifadə edə biləcək. Mobil proqramda qeydiyyatdan keçmək üçün telefon nömrəsini daxil etmək lazımdır. "Sürücülük vəsiqəsi rəqəmli versiyaya keçir", deyə hindistanlı siyasətçi Ravi Şankar Prasad öz “Twitter” bloqunda yazıb.

“DigiLocker” mobil proqramı ötən il yaradılıb. Saxlanc xidmətində diplom və şəxsiyyəti təsdiq edən başqa rəsmi sənədləri yerləşdirmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.