İQTİSADİYYAT


Smartfonlar üçün rekord sıxlığa və məhsuldarlığa malik yaddaş çipləri istehsal olunub

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

“Micron” şirkəti smartfon üçün bazarda ən yüksək sıxlığa və məhsuldarlığa malik yaddaş çipləri istehsal edib. Yeni yaddaş çipi ilə təchiz edilmiş ilk qurğuların 2017-ci ilin ikinci yarısında satışa çıxarılacağı gözlənilir.

AZƏRTAC “cnews.ru” saytına istinadla xəbər verir ki, “Micron” şirkəti, ümumilikdə, dörd çip modeli buraxıb. Onların ikisində “Universal Flash Storage 2.1” (“UFS”), digər ikisində isə “MultiMediaCard 5.1” (“eMMC”) standartından istifadə edilib.

“Universal Flash Storage 2.1” standartı tətbiq edilmiş modellərdən biri çoxfunksiyalı moduldur, 32 giqabayt (QB) fləş yaddaşdan başqa 3 QB tutumunda “LPDDR4X” əməli yaddaşına malikdir. Yeni çiplərdə tətbiq edilmiş “3D NAND” texnologiyası məlumatların yazma sıxlığını xeyli (planar strukturla müqayisədə 3 dəfə yüksək) yüksəltməyə imkan verib.

Bundan başqa, şirkət yeni çiplərdə ilk dəfə üzən çaxmaqlı tranzistorların tətbiqinə dair qərar verib. Şirkətin nümayəndəsi Den Binqem deyib ki, nəticədə yaddaşın istismar müddəti və etibarlılığı artacaq.

Yeni yaddaş çiplərində işləmə sürəti ardıcıl oxuma rejimində 600 Mbit/s təşkil edir ki, bu da şirkətin əvvəlki nəsil məhsullarının göstəricisini 40 faiz ötür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.