DÜNYA


“Snapchat” messencerində səs filtrləri və linklər əlçatan olub

Bakı, 7 iyul, AZƏRTAC

Populyar “Snapchat” mobil proqramının tərtibatçıları yeni imkanlar əlavə edən yeniləmə təqdim ediblər. Birincisi, indi dərcə linklər əlavə etmək olar. Bunun üçün sancaq piktoqramına sıxmaq lazımdır.

AZƏRTAC “ferra.ru” saytına istinadən xəbər verir ki, ikincisi, şəklin fonunu dəyişdirmək imkanı mümkündür. Bunun üçün qayçı ikonkasını seçib açılan menyudan yeni ikonkaya daxil olub lazımi arxa fon şablonunu seçmək lazımdır. Üçüncüsü, mobil proqramda istifadəyə verilmiş səs filtrlərinin köməyi ilə öz səsini və dostların səsini dəyişdirmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.