DÜNYA
Soçidə Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib
Bakı, 1 iyul, AZƏRTAC
Soçi şəhərində Rusiyanın və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovun və Mövlud Çavuşoğlunun görüşü keçirilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu, 2015-ci ilin noyabr ayında yaşanan təyyarə böhranından sonra iki ölkənin rəsmiləri arasında keçirilən ilk yüksək səviyyəli görüşdür.
Görüşdən əvvəl Mövlud Çavuşoğlu jurnalistlərə müsahibəsində dəvətə və səmimi qarşılanmaya görə rusiyalı həmkarına minnətdarlıq edib. Türkiyəli nazir Prezident Rəcəb Tayyib Ərdoğanın Prezident Vladimir Putinə məktub göndərdikdən sonra iki ölkə liderlərinin səmərəli telefon danışığının olduğunu xatırladıb, təlimatlar üzrə müvafiq işlərin görüləcəyini diqqətə çatdırıb.
Sergey Lavrov da öz növbəsində Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması üçün praktiki addımların atılacağını qeyd edib.