DÜNYA


Soçidə helikopter evin həyətinə düşüb

A+ A

Moskva, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Rusiyanın Soçi şəhərində helikopterin evin həyətinə düşməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Rusiyanın “Yeltsovka” aviaşirkətinə məxsus helikopterin qəzaya uğramasına texniki nasazlığın səbəb olduğu deyilir. Rusiya Hava Nəqliyyatı Federal Agentliyindən bildiriblər ki, hazırda helikopterin pilotunun qanunsuz ekskursiya uçuşu həyata keçirməsi faktı yoxlanılır.

Qeyd edək ki, Rusiyada ümumi təyinatlı aviasiya texnikasının kommersiya uçuşları həyata keçirməsi qadağandır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.