İQTİSADİYYAT


“Societe Generale” neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb

Bakı, 1 iyun, Nihad Budaqov, AZƏRTAC

Avropanın maliyyə qurumu olan Fransanın “Societe Generale” bankı neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb.

AZƏRTAC xəbər verir ki, “Brent” və “Layt” markalı xam neftin 2017-ci və 2018-ci illər üzrə qiymət proqnozunu dəyişib. Belə ki, “Societe Generale” “Brent” neftinin bu ilin üçüncü rübü üzrə qiymət proqnozunu 2,50 dollar aşağı salaraq 57,50 dollar/barrel, dördüncü rüb üçün təxminini isə 60 dollar/barrel müəyyən edib.

“Brent” nefti üçün bu il üzrə qiymət proqnozunu 2,45 dollar aşağı salaraq 56,45 dollar təyin edən “Societe Generale” 2018-ci il üzrə təxminini də 5 dollar/barrel azaldaraq 60 dollar/barrel edib.

“Layt” nefti üçün bu ilin üçüncü rübü üzrə qiymət proqnozunu 3 dollar aşağı salaraq 55 dollar/barrelə endirən bank dördüncü rüb üzrə proqnozunu da 3 dollar aşağı salaraq 57,50 dollar/barrel təyin edib.

“Societe Generale” “Layt” nefti üçün bu il üzrə qiymət proqnozunu 2,90 dollar azaldaraq 53,80 dollar/barrel, 2018-ci il üzrə proqnozunu isə 5 dollar aşağı salaraq 57,50 dollar/barrel müəyyən edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.