İDMAN


Sofiyada sambo üzrə dünya çempionatı başlayıb

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC 

Bolqarıstanın paytaxtı Sofiyada sambo üzrə dünya çempionatı başlayıb.

AZƏRTAC xəbər verir ki, mundialda ölkəmizin idman şərəfini Ağasif Səmədov (52 kq), Fərid Yusifov (57 kq), Yusif Nəbiyev (62 kq), Emil Həsənov (68 kq), Amil Qasımov (74 kq), Vüqar Bayramov (82 kq), Murad Rəcəbli (90 kq) və Nizami Məmmədov (100 kq) qoruyurlar.

Yarışın ilk günündə A.Səmədov, E.Həsənov və M.Rəcəbli mübarizəyə qoşulublar.

Yığmamız yarışda Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında iştirak edir.

Dünya çempionatında ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil edir.

“Armeets Arena”da keçirilən yarışda 80 ölkədən samboçular birincilik uğrunda mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.