REGİONLAR
“Solğun çiçəklər” Qazax Dövlət Dram Teatrının səhnəsində
Qazax, 16 iyul, AZƏRTAC
Qazax Dövlət Dram Teatrı 78-ci mövsümü Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərinin tamaşası ilə başa vurub. Əsər Xalq Artisti Zülfüqar Abbasovun quruluşunda tamaşaya hazırlanıb.
AZƏRTAC xəbər verir ki, tamaşaya keçirilən ictimai baxışda bədii şuranın sədri, teatrın direktoru Saqif İsgəndərov, bədii şura sədrinin müavini, Əməkdar Artist, baş rejissor Musa Eyyubov, bədii şuranın üzvləri aktyor Hacı Hacıyev, rəssamlar Afiq Məmmədov və Səyyat Məmmədov, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal, BDU-nun Qazax filialının direktoru, dosent Afaq Qasımova və başqaları iştirak ediblər.
Mədəniyyət Mərkəzində göstərilən tamaşada rolları teatrın aparıcı aktyorları Xanım Məmmədova, Nazilə Məmmədova, İlqar Hacəliyev, gənc aktyorlardan Zəmanə Orucova, Yusif Qoca və Nəsimi Aşbazov ifa ediblər.
Tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]