İQTİSADİYYAT


“Soliton” mağazalar şəbəkəsində alış-veriş indi daha sərfəli oldu!

Bakı, 18 aprel, AZƏRTAC

“Soliton” mağazalar şəbəkəsi də Bakı Şopinq Festivalına qoşulub. Belə ki, “Soliton”un paytaxtımızda fəaliyyət göstərən 6 mağazası Bakı Şopinq Festivalının iştirakçı statusu alaraq Azərbaycan vətəndaşlarına və şəhərimizin qonaqlarına mayın 10-dək məşhur “Soliton” mağazalarında böyük güzəştlər təqdim edir.

Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan “Soliton”da mayın 10-dək bütün alınan mallara 30 faizədək endirimlər təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.

Bakı Şopinq Festivalı alıcıları “Soliton”un “Baku Shopping Festival – Tax Free” loqosu olan 6 mağazasında alış-veriş etməklə, öz büdcəsinə 40 faizdən çox qənaət etməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.