Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi”

Bütün varlığın ilkin mərhələsi

suyun mövcudluğu üzərində qurulub

Bakı, 9 fevral, AZƏRTAC

Təbiətin dörd mühüm ünsüründən biri sayılan su dünya yaranandan gözəlliyin, müqəddəsliyin və paklığın rəmzi olmaqla xarakterizə edilir. Sakini olduğumuz bu sirli aləmdə hikmət boğçası hesab olunan bu müqəddəs ünsürün şəninə yaranan ibrətamiz ifadələr, qoşulan mahnılar, şeirlər, qəzəllər, aparılan elmi-tədqiqat işləri, sözün əsl mənasında, bizi heyrətləndirəcək çoxsaylı araşdırmalar suyun nə qədər böyük nemət olduğunu bəşər övladına izah etməkdə hələ ki acizdir. Bəlkə də bu, ondan irəli gəlir ki, suyun sirrini açmaq istəyən hər bir araşdırma onun saflığına qarışır. Həyatımızın elə bir mərhələsi yoxdur ki, onu susuz təsəvvür edək. Su nəinki təbiətin, hətta bəşəriyyətin ünsürüdür. Bütün varlığın ilkin mərhələsi suyun mövcudluğu üzərində qurulduğu kimi, yaradılışın bir parçası hesab olunan insanın xəlq olunmasında bu müqəddəs ilahi nemətin müstəsna rolu var. “Su - insan həyatı üçün oksigendən sonra gələn ən əhəmiyyətli elementdir” deyimi təsadüfi deyilməyib. Suyun bədənimizdəki həyati vəzifələrinin əhəmiyyəti bizim fiziki gücümüzü şərtləndirən amillərdəndir. O, insan orqanizminin istilik tarazlığından tutmuş milyonlarla hüceyrələrin həyati fəaliyyətinə təsir göstərən allotropik modifikasiya xüsusiyyətinə malik universal mühitin təminatçısıdır, həm də.

Dünya su ehtiyatlarının 100 milyon kubmetrində Azərbaycanın payı var

Bu gün 1,5 milyard kubkilometr su ehtiyatı olan planetimizdə susuzluqdan əziyyət çəkən regionların olması heç kəsə məchul deyil. Planetin ümumbəşəri neməti sayılan su ehtiyatları təəssüf ki, bəzən inhisara alınır, hidrosiyasi vasitə kimi istifadə olunur. Planetin bir sıra ölkələri ümumbəşəri dəyərlərdən yoğurulan qaydalara sadiq qalmaqla susuzluğa düçar olmuş ölkələri mövcud vəziyyətdən çıxarmaqda çətinlik çəkirlər. Yaşadığımız dövrdə bu tendensiya regional və qlobal miqyasda getdikcə özünü daha kəskin büruzə verməkdədir. Bu baxımdan yaranmış vəziyyət təkcə ayrı-ayrı dövlətlərdə deyil, bütövlükdə, Yer kürəsində sülh və ekoloji təhlükəsizliyə qarşı yönələn ciddi təhdiddir. Ölkəmizin ərazi coğrafiyasının aid olduğu Cənubi Qafqazda orta hesabla 1 kvadratkilometr sahəyə 350 milyon kubmetr su düşür ki, bunun da 100 milyon kubmetrində Azərbaycanın payı var. Məmləkətimizin şirin su ehtiyatlarının məhdudluğuna baxmayaraq, adambaşına düşən suyun miqdarına görə dünyanın bir sıra ölkəsindən öndəyik. Ölkəmizin bir çox relyefində qumlu süxurların üstünlük təşkil etməsi, yağıntıların miqdarının çoxluğu və çay şəbəkəsinin yaxşı inkişaf etməsi bu ərazilərdə yeraltı suların qidalanması üçün münbit şərait yaradır. Azərbaycan ərazisində içməyə yararlı suların məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmasını nəzərə alaraq bu qənaətə gələ bilərik ki, ərazi coğrafiyamız nisbətən yüksək minerallaşma dərəcələri ilə səciyyələnir. Bu gün istər paytaxtımız, istərsə də ən ucqar dağ rayonlarımızın hər bir yaşayış məntəqəsi, şirin su ilə təmin edilmək üçün dövlətimizin uğurlu layihələr strategiyasının ixtiyarındadır.

Abşeronu təmiz ekoloji həyata qovuşduran “Şollar”

Bu ənənənin əsası XX əsrin əvvəllərində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev və böyük maarifçi-ziyalı Həsən bəy Zərdabi tərəfindən Bakıya içməli su kəmərinin çəkilməsi təklifinin səsləndirilməsi ilə qoyulub. Bakıya ilk su kəməri çəkilməzdən çox-çox əvvəl əhali içmək üçün aşağıkeyfiyyətli quyu suyundan, daha sonralar - XIX əsrin əvvəllərində isə duzsuzlaşdırılmış dəniz suyundan istifadə edirdi. Bir qədər sonralar Abşeronun vəba xəstəliyi ilə mübarizə apardığı dövr, Kürün suyunun olduqca çirkli, istifadəyə yararsız hala düşməsi vəziyyəti günü-gündən daha da çətinləşdirdi. Bu acınacaqlı hal böyük mesenatı narahat etməyə bilməzdi. Həmin vaxt paytaxtın su probleminin həllində təklif olunan 4 variantdan biri - (Bakıda su quyularından və dəniz suyunun təmizləyicilərindən istifadə etmək, Kür suyunun Bakıya gətirilməsi, Zabrat quyularının suyunun Bakıya çəkilməsi, Xaçmazdan “Şollar” suyunun Bakıya gətirilməsi) Xaçmazdan “Şollar” suyunun Bakıya gətirilməsi məqbul sayılaraq layihənin qısa zaman kəsiyində gerçəkləşməsi istiqamətində işlərə başlanıldı. Bəli, 1898-ci ildə H.Z.Tağıyev öz vəsaitindən 3 min manat qızıl pul ayırmaq qərarı verməklə Almaniyanın Frankfurt-Mayn şəhərində çalışan məşhur ingilis əsilli hidravlik mühəndisi Ulyam Lindleyə müraciət edərək “Şahdağ” silsiləsinin ətəyində yerləşən Xaçmaz şəhərinin (Xudat) Şollar kəndindəki bulaqların axınını Bakıya istiqamətləndirməyə nail oldu. Çəkilişlərinə 1904-cü ildə start verilən bu layihə çətinliklə də olsa 1917-ci ildə uğurla başa çatdırıldı. Budur, Abşeron tərtəmiz ekoloji həyata qovuşmağının sevincini yaşayır. Lakin bir neçə ildən sonra müəyyən mənada əhalinin çoxluğu və şirin suya olan tələbat yenidən artezian quyularının axtarışına çıxmağa sövq edirdi. Bu yöndə aparılacaq işlərin daha da genişləndirilməsi böyük xeyriyyəçiyə qismət olmasa da, onun vəfatından 5 il sonra bu sahədə lazımi addımlar atıldı, ikinci Bakı su kəmərinin çəkilişlərinə başlanıldı. Paytaxtdan 189 km məsafədə yerləşən büllur çeşmələr, artezian üsulu ilə qazılmış quyular sutkada 109 min kubmetr su ötürməklə Bakımızı müəyyən mənada “Şollar”ın nuruna qərq edə bildi. Anbarlarının tutumu 170 min kubmetr olan “Şollar” ilin bütün dövrlərində saniyədə 1270 litr su xaric etməklə bir əsrə yaxındır ki, öz dadını paytaxt əhalisi ilə bölüşür.

Bakının “Şollar” tarixi və ya xeyirxah əməlin növbəti təntənəsi

İllər keçdi, əhali çoxaldı, bir sözlə, o gündən bu günə çox şeylər dəyişdi, ancaq dəyişməyən, “Şollar”ın məhsuldarlığıdır. İllərdir Xudat-Bakı avtomobil magistralının solu və sağı ilə uzanan “Şollar” kəməri paralel olaraq paytaxt istiqamətində yol qət edir. 4-5 min zəhmətkeş soydaşımızın alın təri hesabına tikilən bu kəmər yüksək keyfiyyəti ilə seçilir. İndiyədək əsaslı təmirə ehtiyacı olmayan bu unikal tikilinin reallaşması peşəkar düşüncənin mücəssəməsidir. “Şollar” Bakımızın bir əsrlik tarixi olmaqla özünün axınını hələ çox illərə daşıyacaq, neçə-neçə nəsillər onun şirinliyini dadacaq. Çoxsaylı su tutumu olan Bakı-Şollar su kəmərindən sonra Oğuz-Qəbələ-Bakı, Kür və Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su kəmərləri vasitəsilə gerçəkləşən su təchizatı prosesi paytaxtda əvvəlki illərə nisbətən vəziyyəti daha da asanlaşdırıb. Bunlar onu deməyə əsas verir ki, ölkəmizdə həyatın digər sahələri kimi sosialyönümlü sahələr də dövlətimizin diqqət mərkəzindədir. H.Z.Tağıyevin vəfatından 67 il sonra qurulan müasir, müstəqil Azərbaycanın bu siyasəti, onun memarı və qurucusu ulu öndər Heydər Əliyev tərəfindən belə qoyuldu. Onun üçün hər şeydən öndə xalqının sağlamlığı və rifahı idi. Böyük şəxsiyyətin 2002-ci ilin dekabrında əhalinin sağlamlığı naminə Bakı şəhərinə təmiz su çəkilməsi ilə bağlı verdiyi müvafiq tapşırıqları buna əyani sübutdur. Oğuz-Qəbələ regionunda və digər regionlarda təmiz su mənbələrinin mövcudluğu və oradan çıxan suların Bakıya gətirilməsini nəzərdə tutan göstərişləri, həm də növbəti xeyirxah əməlin başlanğıc təntənəsi idi. Ümummilli Liderin dövründə bu layihənin baş tutmasının qeyri-mümkünlüyünə baxmayaraq, onun təşəbbüsü ilə başlayan bu addımı Prezident İlham Əliyev başa çatdırdı. Belə ki, 2005-ci ilin avqustunda dövlət başçısı regionların, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayaraq, həmin ilin sentyabrında özünün rəhbərliyi ilə respublikada su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı müşavirə keçirdi. Müşavirədə Bakı şəhərinin su təchizatının təmin edilməsi məqsədilə Oğuz və Qəbələ rayonlarının ərazilərindən yeni su kəmərinin çəkilməsi üçün müzakirələr aparılaraq işlərin yerinə yetirilməsinə dair mühüm tapşırıqlar verilmişdi. Beləliklə, 2007-ci ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli qoyuldu, tikinti işinə başlanıldı. Məqsəd Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrini Bakıya çatdırılması idi. Bəli, 2010-cu il dekabrın 28-də Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində Prezident İlham Əliyev bu möhtəşəm layihənin həyata keçirilməsində düşünülmüş siyasi iradənin olduğuna nəzər çəkərək dedi: “...Bildiyiniz kimi bu, sırf sosialyönümlü layihədir və bu layihəyə böyük vəsaitin ayrılması onu göstərir ki, Azərbaycan dövləti öz əhalisinin yaxşı, keyfiyyətli içməli su ilə təmin edilməsi üçün hər şeyə qadirdir. Əgər iqtisadi imkanlarımız olmasaydı, əlbəttə ki, biz bu layihəni həyata keçirə bilməzdik”. 

Ümumi uzunluğu 262,5 km olan 2000 mm diametrli şüşəlifli poliestr borulardan quraşdırılmış boru xətti vasitəsilə suyun nasoslardan istifadə edilmədən, öz axını ilə (elektrik enerjisi sərf etmədən) Bakı şəhərinə nəql olunması bu sahədə həyata keçirilən növbəti uğurumuzdur.

Tarix yaradan “Şollar” və ya özü qədər sirli, şəffaf olan tarix

2004-cü ildə ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması respublikamızın su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi məsələsini aktuallaşdırdı. Artıq 13 ildir ki, fəaliyyət göstərən “Azərsu” respublikamızın demək olar, əksər yaşayış məntəqələrində aidiyyəti üzrə sosial-iqtisadi sifarişlərin yerinə yetirilməsi və su təchizatı, kanalizasiya xidmətini təşkil etməklə tabeliyində olan müəssisələrə lazımi göstərişlər verir, dövlətimizin müvafiq sahədə siyasətinin həyata keçirilməsində müxtəlif təkliflər paketi ilə çıxış edir. Bu gün “Azərsu” tərəfindən, regionların su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunmaqla yanaşı, həm də dövlət normalarına uyğun olaraq şirin, sənaye-çirkab və məişət-təsərrüfat sularının keyfiyyət göstəricilərinin analitik nəzarəti həyata keçirilir. Sözügedən qurum bütün su təchizatı qurğularının əsaslı təmirini, yenidənqurulmasını və müvafiq sahədə reallaşdırılmış layihələrin quruculuq-abadlıq işlərini təkrar həyata keçirməklə ölkəmizdə bu sahədə şəffaf mühitin yaradılmasını təmin edir. Odur ki, bir dövlət olaraq belə böyük layihələrə təkrar imza atmağımız üçün 2035-ci ilədək bölgələrimizin su təchizatını və kanalizasiya sistemlərinin yenidən qurulması prosesini qarşıya məqsəd qoyan “Azərsu” sözügedən layihə çərçivəsində qarşıda duran bütün çətinlikləri aşmaqla gecə-gündüz öz şərəfli və xeyirxah missiyasını icra etməkdədir.

Bu gün qətiyyətlə deyə bilərik ki, ilk magistral su xətti sayılan “Şollar-Bakı” su qurğuları kompleksi bizim üçün, həm tarixdir, həm də dəyər. Bu kompleks illərdir Bakı şəhərinin inkişafına müstəsna töhfələr verməklə yanaşı, Azərbaycanın su təsərrüfatı tarixində mühüm hadisə, böyük nailiyyət hesab olunur. İnanırıq ki, 100 yaşını qeyd etməyə hazırlaşdığımız “Şollar-Bakı” su qurğuları kompleksi kimi çoxsaylı su kəmərlərinin nəinki yüz illiyi, hətta min illik tarixi də gələcək nəsillər tərəfindən qeyd olunacaq. Çünki bəşəriyyət üçün əbədi və əvəzsiz həyat mənbəyi olan su, həyati əbədiliyi özü qədər sirli və şəffaf olan tarixdir.

Ceyhun Alışlı

AZƏRTAC-ın müxbiri

Yazı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun birgə elan etdiyi yazı müsabiqəsinə təqdim etmək üçündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub