Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi”

Bakı, 14 fevral, AZƏRTAC

Hər bir meqapolis, xüsusən içməli su mənbələrindən uzaqda yerləşən Bakı kimi şəhər üçün su həyati əhəmiyyətə malikdir. Odur ki, bu problem bütün dövrlərdə diqqət mərkəzində olub, paytaxtın su təchizatını yoluna qoymaq üçün davamlı addımlar atılıb. Bakının su tarixçəsinə nəzər salsaq nə görəcəyik? Vaxt vardı, sakinlər evlərinə suyu vedrə ilə daşıyırdılar. Şəhərin cüzi hissəsi istisna olmaqla, mənzillərə su qrafiklə - sutkada 4-5 saat verilirdi. Lakin bu gün “Azərsu” ASC-dən verilən son məlumata görə, paytaxt sakinlərinin 80,6 faizi, ölkə əhalisinin isə 65,6 faizi fasiləsiz içməli su ilə təmin olunur. “Azərsu”da deyirlər ki, bu göstərici tezliklə 100 faizə çatacaq.

Bakının həqiqətən də maraqlı su tarixçəsi var. Gəlin, bu tarixçənin bəzi səhifələrini vərəqləyək.

Yüz il əvvəl Bakıya su gəmilərlə, tuluqlarla daşınırdı

İnanılmaz görünsə də, həqiqətdir: XX əsrin əvvəllərində Bakıya suyu Kür və Volqa çaylarından gəmirlərlə, barjlarla daşıyıb gətirirdilər. Neft bumu ilə əlaqədar əhalinin sürətlə artması su böhranını daha da dərinləşdirirdi.

Bir qədər əvvələ qayıdaq.

1865-ci ilədək şəhər əhalisini içməli su ilə təmin edən üç quyu-kəmər sistemi içməli su qıtlığının qarşısını almaq iqtidarında deyildi. İlkin olaraq yeni quyuların qazılması, köhnə su hövzələrinin tutumunun artırılması və yenilərinin tikilməsi üçün tədbirlər görülməyə başlandı. Həmin vaxt Bakıda su quyularının sayı artırılaraq 600-ə çatdırılsa da, problem həll olunmamış qalırdı.

1879-cu ildə neft milyonçusu, şəhər dumasının üzvü Hacı Zeynalabdin Tağıyevin təklifi ilə su kəmərləri komissiyası yaradıldı və Bakını su ilə təmin etmək məqsədilə yeni mənbələrin axtarışına başlandı. Tədqiqatlar nəticəsində məlum oldu ki, Bakı ətrafında yetərincə içməli su ehtiyatı yoxdur.

Hacı Zeynalabdin Tağıyev Avropadan ən yaxşı su mühəndisi çağırmağı təklif etdi

Bakının su tarixini araşdırarkən bu sahənin tədqiqatçısı, Əməkdar Mühəndis, “Azərsu” ASC sədrinin müşaviri Telman Ağayevlə həmsöhbət olduq.

Telman Ağayevin dediklərindən: XIX əsrin sonlarında Bakıda vəba epidemiyası yayılmışdı. Epidemiyanın qarşısını almaq üçün şəhərdə kəhrizlərin suyundan istifadə qadağan olunmuşdu. O vaxt mühəndislər bir sıra layihələr irəli sürdülər. Bakının su təchizatı probleminin həllinə yerli şəraitə yaxşı bələd olan neft milyonçusu Hacı Zeynalabdin Tağıyev də qoşulmuşdu. O, Avropa ölkələrinə səfərləri zamanı su və kanalizasiya qurğuları sistemi, bu işlə məşğul olan mühəndislərlə maraqlanırdı. Ona görə də Bakı şəhər dumasına Avropanın ən yaxşı su mühəndisi sayılan Uilyam Lindleyin Bakıya dəvət olunmasını təklif etdi. Ata və oğul Lindleylər Avropanın 35 şəhəri üçün su kəməri və kanalizasiya xətti inşa etmişdilər.

Hacı Zeynalabdinin təklifi bəyənildi və Uilyam Lindley 1899-cu ilin payızında Bakıya gəldi.

Uilyam Lindleyin Bakı üçün su mənbəyi axtarışları

Avropalı mühəndis Bakıya nisbətən yaxın ərazilərdə su mənbələri axtarmağa başladı. Şahdağ, Qusar yaylası və Qusar çayının yatağı onun diqqətini cəlb etdi. Lindleyin Şollar suyu ilə bağlı ideyası Bakı dumasında qızğın müzakirələrə səbəb oldu. İngilis mühəndis həmin ərazinin bulaq suları ilə zəngin olduğunu bildirirdi. Lakin Şollar suyunun nəhəng bir şəhəri təmin edə biləcəyinə çox az adam inanırdı. Şəhər duması vəsait çatışmazlığını əsas gətirərək təklifi qəbul etmədi. Məsələni belə görən Hacı Zeynalabdin Tağıyev ilkin işlərin görülməsinə şəxsi hesabından 25 min rubl kredit ayırdı. Hacının bu addımı Bakının gələcək su təminatında həlledici rol oynadı.

Telman Ağayev: Şahdağın ətəklərində yerləşən su mənbəyinin daha dərindən tədqiq olunması üçün geoloji ekspedisiya yaradıldı. Mühəndis Şollun rəhbərlik etdiyi ekspedisiya Şahdağ rayonunda və ona bitişik Qusar yaylasında genişmiqyaslı kəşfiyyat işləri apardı. Məlum oldu ki, dəniz kənarı boyunca içməli su quyuları, Xudatdan şimal-şərqə doğru meşədə isə saf sulu bulaqlar var. Onlardan götürülən su nümunələri Tağıyevin qızlar gimnaziyasının zirzəmisində yaradılmış laboratoriyada kimyəvi-bakterioloji analiz olundu. Şollun ekspedisiyası suyun mənbəyi, miqdarı və keyfiyyəti barədə Lindleyin proqnozlarını təsdiqlədi.

Duma uzun sürən müzakirələrdən sonra 1903-cü ildə Şollar-Bakı su kəmərinin çəkilişi barədə çoxdan gözlənilən qərarı qəbul etdi. Şəhər rəhbərliyi kəmərin çəkilişi məqsədilə 23 milyon 500 min rubl məbləğində dövlət istiqraz vərəqələrinin buraxılması üçün hökumət qarşısında vəsatət qaldırdı. Çar II Nikolay məbləği 27 milyon rubla qədər artıraraq vəsatəti təmin etdi. Lakin Birinci Dünya müharibəsi və tikinti zonasında yayılmış vəba epidemiyası kəmərin çəkilişini bir neçə il ləngitdi.

Tarixi gün: 1917-ci il yanvarın 22-də Şollar suyu Bakıya gəlib çatdı

Nəhayət, 1917-ci il yanvarın 22-də Şollar suyunun ilk şırnağı 187 kilometrlik məsafəni 63 saata qət edərək Bakıya çatdı. Çənlərin dolması, yuyulması bir aydan artıq vaxt apardı və martın 1-dən Şollar su kəmərinin (Birinci Bakı su kəməri) istismarına başlandı.

Telman Ağayev: 1917-ci ildə Bakıda təxminən 250 min əhali yaşayırdı. Şollar suyunun təxminən 60 faizi sənayeyə, 20 faizi əhaliyə, digər 20 faizi isə dəmir yolu və hərbi hissələrə paylanılırdı. Həmin kəmərdən gün ərzində 1 milyon vedrə su daxil olurdu. Bir qədər sonra şəhərdə 163 kilometrlik su şəbəkəsi çəkildi və 1108 evə birləşmə verildi. Bununla yanaşı, şəhərdə 100-ə yaxın su satış köşkləri fəaliyyət göstərirdi. Həmin köşklərdən 3-4-ü indiyədək qalmaqdadır. Onlardan biri Nəsimi rayonunda Şamil Əzizbəyli küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində yerləşir. Belə köşklər Keşlə, Balaxanı, Sabunçuda da tikilmişdi. Camaat suyu arabalarla, səhənglərlə, vedrələrlə daşıyırdı. Bir vedrə su (təxminən 12 litr) əhaliyə 0,75, sənaye müəssisələrinə isə 1 qəpikdən satılırdı.

Beləliklə, əbədi həyat mənbəyi olan Şollar suyu hazırda Xaçmaz, Ceyranbatan və Oğuz-Qəbələdən gələn su ilə anbarlarda qarışır və paytaxta paylanılır. Bu il 100 illik yubileyi tamam olan Şollar su kəməri paytaxtın içməli suya tələbatının 15-17 faizini ödəyir.

Azərbaycan xalqı onun tarixində iz qoyan insanları heç vaxt unutmur. Aradan bir əsr ötməsinə baxmayaraq, Bakıya ilk su kəməri çəkən ingilis mühəndis Uilyam Lindleyin xatirəsi bu gün də ehtiramla anılır. Ötən ilin aprelində xüsusi dəvətlə Bakıya gələn Lindley nəslinin nümayəndələri Karin Maria Marta, Eugen Jozef, Katerina Morvin, Aleksandr Horst, həmçinin Polşa Elmlər Akademiyasının siyasi araşdırmalar üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru və Lindley irsini araşdıran professor Riçard Zeliçovski ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) keçirilən görüş də bu baxımdan qeyd olunmalıdır. Səhmdar Cəmiyyətin sədri Qorxmaz Hüseynov məşhur mühəndis Uilyam Lindleyin Azərbaycanın su təchizatı tarixində böyük xidmətlərini xatırladıb, qonaqları Şollar su kəmərinin bu il keçiriləcək 100 illik yubiley tədbirlərinə dəvət edib.

Xaçmaz-Bakı su kəməri və Ceyranbatan su anbarı

XX əsrin 20-ci illərinin sonunda Abşeronda sənayenin inkişafı, əhalinın artımı Bakıya yeni mənbədən içməli su gətirilməsi məsələsini yenidən aktuallaşdırdı. Bu məsələ 1929-cu ildə Su təchizatı və sanitariya qurultayında müzakirə edildi və Xaçmazdan Abşerona yeni kəmərin çəkilişinə qərar verildi. 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə İkinci Bakı su kəmərinin tikintisinə başlandı. İkinci Dünya müharibəsi ilə əlaqədar kəmərin inşasında fasilə yarandı və tikinti işləri 24 ildən sonra, 1958-ci ildə başa çatdırıldı. Uzunluğu 175 kilometr olan dəmir-beton konstruksiyalı kəmər hazırda Siyəzən və Şabran rayonlarını da içməli su ilə təmin edir.

Abşeron yarımadasının içməli su təchizatında Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarı və burada tikilmiş sutəmizləyici qurğular kompleksi də böyük paya malikdir. Bu anbar ingilis mühəndis Uilyam Lindleyin 1900-cü illərin əvvəlində hazırladığı layihə əsasında yaradılıb və Samur çayının suyunun Ceyranbatan anbarına gətirilməsini və təmizlənərək istehlakçılara çatdırılmasını nəzərdə tuturdu. Layihənin reallaşdırılmasına təxminən yarım əsr sonra başlandı. İlkin olaraq Samur-Dəvəçi kanalının Abşeron yarımadasınadək uzadılmasına qərar verildi. Paralel olaraq Dəvəyatağı və Ceyranbatan göllərinin yerində ümumi tutumu 186 milyon kubmetr olan anbar yaradıldı və 1957-ci ildə hövzənin su ilə doldurulmasına başlandı.

Heydər Əliyev Kür suyunu 4 ayın içərisində Bakıya gətirdi

Paytaxt Bakının və ümumiyyətlə, Abşeron yarımadasının inkişafı, əhalinin sayının sürətlə artması yeni içməli su mənbələrinin axtarılmasını tələb edirdi. 1969-cu ildə Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra digər sahələr kimi, su təchizatı sektorunda da dönüş yarandı. Ulu Öndər Kür su kəmərinin birinci növbəsində işlərin sürətləndirilməsi ilə bağlı SSRİ rəhbərliyi qarşısında məsələ qaldırdı. Onun nüfuzu və qətiyyəti sayəsində layihənin maliyyə, material və texniki təminatı ilə bağlı məsələlər qısa müddətdə həllini tapdı. Kür su təmizləyici qurğularının və Kür-Bakı magistral su kəmərinin inşası ümumxalq tikintisinə çevrildi, 30 aya görülməli olan işlər 4 aya başa çatdırıldı: 1972-ci ildə yekunlaşması planlaşdırılan layihənin açılışı 1970-ci il sentyabrın 27-də reallaşdı. Ümumilikdə isə layihə üzrə birinci növbənin inşası 1971-ci ildə tam başa çatdı. Hacıqabul rayonunun Kiçik Talış kəndi yaxınlığında yerləşən kompleksdən Bakıya 2 magistral kəmər çəkildi.

Abşeronun içməli su təchizatını yaxşılaşdırmaq üçün bir müddət sonra, 1980-ci illərdə Kür su kəmərləri sisteminin ikinci növbəsinin tikintisinə başlandı. Üç mərhələdə (1984, 1986 və 1988-ci illərdə) Bakıya daha 3 magistral su kəməri çəkildi. Kür su kəmərlərin birinci növbəsinin məhsuldarlığı saniyədə 3,3 kubmetr, ikinci növbənin məhsuldarlığı isə saniyədə 6,2 kubmetr təşkil edirdi.

Oğuz-Qəbələ-Bakı su kəməri

Şollar su kəməri çəkiləndən sonra da Bakıda hamıya su çatmırdı. Su qıtlığı çəkmiş insanlar aza qane olur, Kür suyuna “şükür” edirdilər. Rusiyadan, yaxud SSRİ-dən asılı olan Azərbaycanın əli bundan yaxşısına çatmırdı. İndi əhalinin sayı dəfələrlə artıb, üstəlik hamımız istəyirik ki, kranımızdan su daim axsın, özü də təmiz su.

Azərbaycanın müstəqillik qazanması və inkişaf etməsi, maliyyə imkanlarının artması insanların bu arzusunu həyata keçirməyə imkan yaratdı. 2002-ci ildə ulu öndər Heydər Əliyev Bakıya yüksək keyfiyyətli bulaq suyu gətirmək təşəbbüsünü irəli sürdü. Bu məqsədlə Oğuz və Qəbələnin yeraltı su mənbələrindən istifadə olunması qərara alındı.

Azərbaycanın müstəqillik tarixində ən iri infrastruktur layihəsi olan Oğuz-Qəbələ-Bakı su kəməri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə reallaşdı. 2010-cu il dekabrın 28-də istifadəyə verilən kəmər vasitəsilə 262,5 kilometr məsafədən Bakıya saniyədə 4 kubmetr yüksək keyfiyyətli su ötürülür.

Hədəf: gündə 24 saat təmiz içməli su

Qeyd etdiyimiz kimi, hazırda Bakının fasiləsiz su təminatı 80 faizi ötüb. Halbuki müvafiq proqramın icrasına başlanılanda bu göstərici təqribən 25-30 faiz idi.

Əhalinin fasiləsiz və yüksəkkeyfiyyətli su ilə təmin olunmasına xüsusi önəm verən Prezident İlham Əliyev “Azərsu” ASC-nin qarşısına belə bir vəzifə qoyub: Yaxın bir neçə il ərzində əhaliyə 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilməlidir. 2015-ci ilin sonlarında məhsuldarlığı saniyədə 6,5 kubmetr olan Ceyranbatan Ultrasüzgəcli Su Təmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi bu istiqamətdə atılan çox mühüm addım oldu.

Kompleksin açılışında çıxış edən Prezident İlham Əliyev Bakı şəhərinin su təsərrüfatının daha da sürətlə yeniləşməsinin vacibliyini vurğulayaraq deyib: “Şəbəkə sistemi hələ ki, bizim standartlarımıza tam uyğun deyil. Ancaq bu istiqamətdə də işlər aparılır və əlbəttə, biz hamımız istəyirik ki, tezliklə bütün şəhərimizdə hər bir vətəndaş kranı açıb oradan suyu birbaşa içə bilsin. Artıq biz buna yaxınlaşırıq və bu qurğunun xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bizə bu imkanı yaradacaq”.

X X X

Beləliklə, Bakının bir əsrlik su tarixçəsini vərəqlədik. Görülən işləri bir daha yada saldıq, perspektivlərdən söz açdıq. Ötən yüz ildə, necə deyərlər, çox sular axıb. İndi söhbət təkcə suyun bolluğundan deyil, təmizliyindən gedir. Sosial siyasətinin mərkəzində insan amili dayanan Prezident İlham Əliyev bu məqsədlə yeni layihələrin həyata keçirilməsinə dair tapşırıqlar verib. Azərbaycan dövləti insanların sağlamlığına yönəlmiş heç bir layihədən vəsait əsirgəmir. Təmiz su bu baxımdan xüsusi önəm daşıyır. Bakının su şəbəkəsinin yenilənməsi istiqamətində atılan addımlar tam əminlik yaradır ki, əhalinin hamısının təmiz içməli su ilə fasiləsiz təmin olunacağı gün uzaqda deyil.

Ceyhun Rüstəmov

AZƏRTAC-ın müxbiri

Qeyd: Yazı "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezidenti İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI