DÜNYA
Somalidə general və onun 5 cangüdəni terror qurbanı olub
Bakı, 11 oktyabr, AZƏRTAC
Somalinin paytaxtı Moqadişoda terrorçu-kamikadzenin hücumu nəticəsində general Robl Cimal Qobanl və onun 5 cangüdəni həlak olub.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, terrorçu bomba yüklənmiş avtomobili generalın Müdafiə Nazirliyinin Moqadişoda yerləşən binası qarşısındakı maşınının yaxınlığında partladıb.
Hücumun qurbanı olan generalın ölkədə fəaliyyət göstərən “Aş-Şabab” terror qruplaşması ilə mübarizə aparan Somali ordusunun üçüncü korpusunun komandiri olduğu bildirilir.
Terror aktına görə məsuliyyəti “Aş-Şabab” qruplaşması üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]