DÜNYA


Somalidə hərbi bazaya silahlı hücumda 70-ə yaxın əsgər öldürülüb

Bakı, 9 iyun, AZƏRTAC

Somalidə hərbi bazaya hücumda 70-ə yaxın əsgər öldürülüb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, yüksək rütbəli hərbçi Ahmed Mohamed “Aş-Şabab” terror qruplaşmasının silahlılarının Somalinin şimal-şərqindəki Puntland bölgəsində Af-Urur hərbi bazasına partladıcı və ağır silahlarla hücum etdiyini bildirib. O, ilkin məlumatlara görə, 70-ə yaxın əsgərin öldüyünü, onlarla hərbçinin isə yaralandığını vurğulayıb.

Somali ordusu silahlı qruplaşmanı geri çəkilməyə məcbur edib.

“Aş-Şabab”ın yaydığı açıqlamada 61 Somali əsgərinin öldürüldüyü, orduya aid çox sayda hərbi avtomobil və silah-sursatın ələ keçirildiyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.