DÜNYA


Somalidə silahlıların hərbi bazaya hücumu nəticəsində 10 hərbçi öldürülüb

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

“Əş-Şəbab” yaraqlılarının Somalidə yerləşən hərbi bazaya hücumu nəticəsində ən azı 10 hərbçi həlak olub.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, insident iyulun 11-də ölkənin paytaxtı Moqadişo şəhərinin cənub-qərbində baş verib. Əvvəlcə minalanmış avtomobil hərbi hissənin qapısına çırpılıb, ardından “Əş-Şəbab” yaraqlıları bazaya hücum edib. Somali ordusunun nümayəndəsi atışma nəticəsində ən azı 10 əsgərin həlak olduğunu bildirib.

Qruplaşma artıq hücumun məsuliyyətini öz üzərinə götürüb və əməliyyat nəticəsində 30 hərbçinin öldürüldüyünü bəyan edib.

Xatırladaq ki, Somalidə “Əl-Kaidə” təşkilatı ilə bağlılığı olan “Əş-Şəbab” (“Gənc mücahidlər hərəkatı”) qruplaşması fəaliyyət göstərir. Onlar ölkənin mərkəzi hakimiyyətinə qarşı silahlı mübarizə aparır. Qruplaşma 2008-ci ildə ABŞ-da terror təşkilatları siyahısına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.