REGİONLAR


Son 10 ildə suvarılan torpaqların şoranlaşmış sahələri iki dəfə azalıb

Bakı, 5 iyun, AZƏRTAC

Son 10 ildə suvarılan torpaqların şoranlaşmış sahələri iki dəfə azalıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə deyib.

“Buna suvarmanın düzgün tətbiqi, müəyyən aqrotexniki, meliorativ tədbirlər nəticəsində nail olunub. Şoran torpaqlar heç də məhsul verməyən torpaq demək deyil. Sadəcə bu torpaqlarda məhsuldarlıq az olur. Ona görə də gərək torpaq sahibləri meliorativ tədbirlərə düzgün əməl etsinlər ki, belə torpaqlarda şoranlaşma yuyulub getsin”, - deyə Ə.Əhmədzadə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.