İQTİSADİYYAT


Son 12 ildə BP Azərbaycana 30 milyard kubmetrdən çox səmt qazı verib

Bakı, 2 iyun, Nihad Budaqov, AZƏRTAC

Ötən 12 ildə BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycana əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə 30 milyard kubmetrdən çox səmt qazı verib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 2-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz 2017” beynəlxalq konfransında BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. B.Aslanbəyli bildirib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

"1997-ci ilin sonundan etibarən AÇG yatağında 3 milyard barreldən çox neft hasil edilib", - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.