İQTİSADİYYAT


Son 13 ildə sahibkarlıq subyektlərinə 1,9 milyard manatdan çox güzəştli kredit verilib

A+ A

Bakı, 26 dekabr, AZƏRTAC

Ötən 13 ildə 43 mindən çox sahibkarın iştirakı ilə 320-yə yaxın işgüzar forum keçirilib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 32 mindən çox sahibkarlıq subyektinin ümumi dəyəri 4 milyard manat olan layihələrinin icrasına 1,9 milyard manatdan çox güzəştli kredit verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyilir.

Bu dövrdə müasir texnologiyalara əsaslanan 420-dən çox, o cümlədən 23 cins heyvandarlıq, 44 quşçuluq, 15 iri taxılçılıq, 60 müasir istixana, 23 intensiv bağçılıq, tingçilik, çayçılıq və 16 üzümçülük təsərrüfatları, 10 süd, 9 ət və 16 meyvə-tərəvəz emalı zavodu, 51 logistik mərkəz, 23 taxıl anbarı kompleksi, 29 çörək zavodu, 25 tikinti materialları və 9 yüngül sənaye məhsullarının istehsalı və 70-dən çox digər istehsal və emal müəssisələrinin yaradılmasına 1,2 milyard manat güzəştli kredit verilib. Son 13 ildə güzəştli kreditlər hesabına maliyyələşdirilmiş layihələr 143 minə yaxın yeni iş yerinin açılmasına imkan yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.