CƏMİYYƏT


Son 15 ildə 6,5 milyarda yaxın balıq yetişdirilərək su hövzələrinə buraxılıb

Bakı, 12 iyul, AZƏRTAC

Su hövzələrində bioloji resursların artırılması istiqamətində son 15 ildə 6,5 milyarda yaxın balıq, o cümlədən nərəcinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin AZƏRTAC-a verdiyi məlumata əsasən, xıllı nərə balıqartırma zavodunda süni yetişdirilmiş müxtəlif yaş qrupuna mənsub nərəcinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb. Artıq burada süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.