DÜNYA
Son 50 ildə ilk dəfə ABŞ-dan Kubaya səyahət gəmisi yola düşüb
Bakı, 2 may, AZƏRTAC
Amerikanın səyahət gəmisi təxminən 50 ildən bəri ilk dəfə olaraq Florida ştatının Mayami şəhərindən Kubaya yola düşüb. “Carnival Corporation” kompaniyasına məxsus gəmi mayın 1-dən etibarən bir həftə ərzində Azadlıq adasının müxtəlif limanlarına səyahət edəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniyanın Baş direktoru Arnold Donald Mayami şəhərində keçirilən mətbuat konfransında belə reysin iki həftədən bir təşkil olunacağını bildirib.
Xatırladaq ki, “Carnival Corporation” kompaniyası Mayamidən Kubaya ilk dəfə layner göndərmək barədə qərarını martın 22-də elan edib. Şirkət 2015-ci ildə ABŞ Maliyyə Nazirliyindən bu barədə müvafiq icazə alıb. Səyahət 704 sərnişin daşıya bilən “Adonia” gəmisi tərəfindən həyata keçiriləcək. Biletlərin qiyməti 2 min dollardan 7,5 min dollara qədərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]