DÜNYA


Son 50 ildə ilk yapon sərnişin təyyarəsi ABŞ-a sınaq uçuşlarına yollanıb

A+ A

Tokio, 26 sentyabr, AZƏRTAC

Yaponiyada son 50 ildə istehsal edilən ilk yapon sərnişin təyyarəsi sınaq uçuşları üçün nəhayət ki, ABŞ-a yollanıb. Təyyarənin ABŞ-a yola düşmək üçün əvvəllər etdiyi iki cəhd texniki səbəblərə görə uğursuzluqla nəticələnmişdi.

MRJ təyyarəsi Yaponiyanın mərkəzi hissəsində yerləşən Aiçi prefekturasındakı aeroportdan havaya qalxıb. Həmin təyyarə əsasən qısa və orta məsafəli uçuşlar üçün nəzərdə tutulub və onun sınaq məqsədilə ABŞ-a ötən ay göndərilməsi planlaşdırılmışdı. Lakin hava kondisionerlərində aşkar edilən nasazlığa görə pilotlar iki dəfə geriyə qayıtmağa məcbur olmuşdular.

Yol boyu bir neçə yerdə yanacaq götürmək üçün dayanacaq MRJ təyyarəsinin sentyabrın 29-da Vaşinqton ştatının aeroportlarından birinə çatacağı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.