CƏMİYYƏT


Son 67 il ərzində 8 milyard tondan çox plastik kütlə istehsal edilib

Bakı, 6 avqust, AZƏRTAC

Amerika alimlərinin araşdırmalarına görə, 1950-ci illərin əvvəllərindən sintetik materialların genişmiqyaslı istehsalına başlayan insanlar bu vaxtadək 8,3 milyard ton plastik kütlə hazırlayıblar.

AZƏRTAC "Science Advances" dərgisinə istinadla xəbər verir ki, 6,3 milyard ton plastik material hazırda tullantıya çevrilib. Onlardan 9 faizi təkrar emal olunub, 12 faizi yandırılıb, 79 faizi isə tullantı poliqonlarına və təbii mühitə atılıb. 2010-cu ildə 8 milyon ton plastik kütlənin okeanlara atıldığı məlum olub. Bu tendensiya davam edərsə, 2050-ci ilə qədər poliqonlarda və ətraf mühitdə 12 milyard ton plastik tullantının toplanacağı bildirilib.

Tədqiqatçıların hesablamalarına əsasən, plastik kütlənin yarısı son 13 ildə istehsal edilib. Qlobal səviyyədə isə plastik kütlənin istehsalı 1950-2015-ci illər arasında 2 milyon tondan 400 milyon tona yüksəlib.

Alimlər biodeqredasiyaya uğramayan həmin tullantıların yüz, hətta min il boyunca təbiətdə qaldıqlarını söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.