CƏMİYYƏT


Son 6 il ərzində pələnglərin sayında ilk dəfə artım müşahidə edilib

A+ A

Bakı, 10 dekabr, AZƏRTAC

Bu il pələnglərin sayında bir əsr ərzində ilk dəfədir ki, artım müşahidə edilib.

AZƏRTAC Dünya Vəhşi Təbiət Fondunun saytına istinadla xəbər verir ki, dünyada pələnglərin sayı ən azı 4 ölkədə- Butan, Hindistan, Nepal və Rusiyada hiss ediləcək dərəcədə 2010-2016-cı illərdə 3200-dən 3890-a qədər artıb. Ancaq buna baxmayaraq, ekoloqlar pələnglərin yaşama areallarının azaldığını, xüsusilə də Cənub-Şərqi Asiyada bu heyvanların brakonyerlərin əsas ov hədəfi olaraq qaldığını bildiriblər.

Qeyd edək ki, XX yüzilliyin başlanğıcında dünya üzrə vəhşi təbiətdə təqribən 100 min pələng yaşayırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.