CƏMİYYƏT


Son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

Bakı, 26 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin avtomatlaşdırılması nəticəsində bu sahələr üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsinə verilib. Həmin e-xidmətlərdən istifadəyə maraq getdikcə artmaqda davam edir və ötən ilin dekabr ayında nazirliyin e-xidmətlərinə müraciətlərin sayı əvvəlki noyabr ayı ilə müqayisədə 56,1 faiz çoxalaraq 889 326-ya çatıb. Ümumilikdə 2016-cı il ərzində əhali nazirliyin elektron xidmətlərindən 6 549 994 dəfə faydalanıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı il ərzində “Elektron hökumət” portalında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Ötən il nazirliyin ən çox müraciət edilən e-xidməti “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti olub. Belə ki, qeyd edilən dövrdə bu e-xidmətə 1 milyon 971 min 872 dəfə müraciət qeydə alınıb. İkinci ən çox istifadə olunan elektron xidmət isə “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir. 2016-cı il fevral ayının 22-də “Elektron hökumət” portalına inteqrasiya edilən həmin e-xidmətdən əhali cari ilin 01 yanvar tarixinədək 1 milyon 835 min 235 dəfə istifadə edib.

Nazirliyin “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Sığortaolunanlara məlumatların verilməsi” və s. e-xidmətlərindən istifadə göstəricilərində də artım özünü göstərib. Eyni zamanda, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru” və digər e-xidmətlər də portalda geniş istifadə olunan e-xidmətlər sırasında olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.