DÜNYA


Son bir ildə Ermənistanı 60 min insan tərk edib

Bakı, 10 yanvar, AZƏRTAC

Son bir ildə Ermənistanı 60 min insan tərk edib. Bu barədə ölkə parlamentində məlumat verilib. Deputatlar miqrasiya tempinin sürətlənməsinin Ermənistana böyük fəlakətlər gətirəcəyini deyiblər.

Ümumu rəqəmlərə diqqət çəkən Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan deyib ki, 2015-ci ildə ölkədən gedən vətəndaşların 57 mini, 2016-cı ildə isə 60 mini Ermənistana geri qayıtmayıb. Ümumilikdə, son beş ildə Ermənistanı tərk edənlərin sayı 230 mini keçib. Bu statistika ölkədəki Şrak və Zvarnoç aeroportlarından alınan hesabat əsasında hazırlanıb. Kütləvi miqrasiyanın qarşısını almaq üçün hələ bir neçə il əvvəl proqram hazırlanıb. Bu proqramda sərhəd mühafizəsinin gücləndirilməsi, nizamsız miqrasiyanın idarə olunması, xaricdəki ermənilərin geri dönüşü və digər məsələlər əksini tapıb.

Ermənistan parlamentinin deputatları bildirirlər ki, bütün bunların müqabilində miqrasiyanın qarşısını almaq mümkün olmayıb. İşsizlik, yoxsulluq insanları ölkədən getməyə məcbur edir. Başqa bir səbəb isə ölkənin pis idarə olunması ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.