DÜNYA


Son iki ildə 10 milyon istifadəçi “Android”i “iOS”a dəyişib

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Ötən iki il ərzində “Move to iOS” əlavəsini 10 milyondan çox istifadəçi yükləyib.

AZƏRTAC “vistanews.ru”ya istinadla bildirir ki, bu, məhz qeyd edilən sayda istifadəçinin “Android”i iOS əməliyyat sisteminə dəyişməsi deməkdir.

“Google Play” xidmətindən olan tərtibatçıların sözlərinə görə, bu proqram məlumatları saxlamaqla əməliyyat sistemini tez bir zamanda dəyişməyə imkan verir. Bu yeniliyini yaradılmasına “Apple” şirkətindən olan tərtibatçılar cavabdehdir, onun işləməsi isə ancaq 4.0 versiyası və ondan yuxarı “Android” əməliyyat sistemlərində mümkündür.

“Move to iOS”un köməyi ilə “Android”dən “iOS”a şəkilləri, əlaqələri, qeydləri və hətta bəyənilən əlavələri də köçürmək mümkün olacaq. Belə bir zəngin funksiyaların olmasına baxmayaraq, istifadəçilər bu proqramı mümkün 5 baldan cəmi 2,7 balla qiymətləndiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.