DÜNYA


Son on ildə dünyada 800-dən çox jurnalist öldürülüb

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Son on ildə dünyada 800 jurnalist öldürülüb və bu hadisələrin yalnız 8 faizi təhqiq olunub. Bu barədə məlumat BMT baş katibinin jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığın dayandırılması ilə bağlı bəyanatında əksini tapıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bəyanatda 827 jurnalist ölümü hadisəsinin sənədləşdirildiyi və cinayətkarların yalnız 8 faizinin məsuliyyətə cəlb olunduğu bildirilir. “Cəzasızlıq şəraiti bu dəhşətli vəziyyəti daha da pisləşdirir”, - deyə Pan Gi Mun bəyan edib.

UNESCO-nun son məruzəsinə görə, 2014-2015-ci illərdə 213 jurnalist həyatdan məhrum edilib. Məruzədə qeyd olunur ki, KİV nümayəndələrinin ən çox öldürülməsi halları ərəb ölkələrində baş verib – 78 nəfər. Latın Amerikasında 51, Asiya-Sakit okean regionunda 34, Afrikada 27, Mərkəzi və Şərqi Avropada 11 jurnalist öldürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.