DÜNYA


Son tufanlar nəticəsində Yaponiyanın şimalına 2,78 milyard dollar zərər dəyib

A+ A

Tokio, 28 sentyabr, AZƏRTAC

Son vaxtlar Yaponiyanın şimal adası Hokkaydoda müşahidə edilən tufanlar nəticəsində həmin əraziyə 278,6 milyard yen (təqribən 2,78 milyard dollar) zərər dəyib. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu, həmin adanın tarixində tufanların yaratdığı fəsadlar nəticəsində əraziyə dəyən ən böyük zərərdir.

Ümumilikdə 2016-cı ildə Hokkaydo adasına çatan beş tufan görünməmiş dağıntılara və böyük ərazilərin su altında qalmasına səbəb olub. Təbii fəlakət nəticəsində 18 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb. Havanın kəskin pisləşməsi dəmir yolunun və aviasiyanın hərəkətində ciddi problemlər yaradıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.