İQTİSADİYYAT


Son üç gündə Bakı Avtovağzalı tərəfindən 50 minə yaxın sərnişin daşınıb VİDEO

A+ A

Bakı, 8 iyul, Elvin Camalov, AZƏRTAC

Son üç gündə Bakı Avtovağzal Kompleksi tərəfindən 49 min 44 sərnişin daşınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

O bildirib ki, iyulun 4-dən 8-dək Ramazan bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Belə ki, iyulun 5-i 706 reyslə 18 min 681 sərnişin, iyulun 6-sı 566 reyslə 16 min 750 sərnişin, 7 iyul tarixində isə 453 reyslə 13 min 613 nəfər sərnişin daşınıb. Digər günlərlə müqayisədə avtovağzalda ən çox sərnişin sıxlığı 5 iyul tarixində müşahidə olunub.

Ş.Mehmanqızı qeyd edib ki, ümumilikdə, Bakı Beynəlxalq Avtovağzalında 3 gün ərzində 1725 reyslə 49 min 44 sərnişin daşınması həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.