REGİONLAR
Son üç gündə Sumqayıtda mədə-bağırsaq pozuntusu əlamətləri ilə xəstəxanaya 119 uşaq daxil olub
Sumqayıt, 10 iyun, Ə.Rzayeva, AZƏRTAC
Son üç gündə Sumqayıt şəhər Uşaq Xəstəxanasına mədə-bağırsaq pozuntusu əlamətləri ilə 119 uşaq müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev məlumat verib.
O bildirib ki, həkimə müraciət edənlər 2-5 yaş arası uşaqlardır. Onların bir qismi ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda şəhər Uşaq Xəstəxanasında 54 uşağın müayinəsi davam edir. Yəqin ki, günün sonuna kimi onların da böyük əksəriyyəti evə buraxılacaq.
İ.Abdullayev, həmçinin qeyd edib ki, bütün uşaqlardan nümunələr götürülüb. Laboratoriyada nümunələrin nəticələri məlum olandan sonra dəqiq səbəblər açıqlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [15:23]
Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib
- 20.04.2024 [14:34]
Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib
- 20.04.2024 [13:31]
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
- 20.04.2024 [11:59]
Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]