CƏMİYYƏT


Son yüzillikdə pələnglərin sayı 96 faiz azalıb

Bakı, 7 iyul, AZƏRTAC

Bir zamanlar Asiya qitəsində geniş yaşayış areallarında rast gəlinən pələnglərin sayı son yüzillikdə 96 faiz azalıb.

AZƏRTAC “worldwildlife.org” saytına istinadla xəbər verir ki, vəhşi təbiətdə 3890 pələng qalıb. Həmin yırtıcıların populyasiyalarının azalmasına səbəb brakonyerlik, qanunsuz heyvan ticarəti və müxtəlif səbəblərdən onların yaşayış areallarını itirməsi göstərilir.

Nəsli tükənmək təhlükəsi ilə üz-üzə qalan pələnglərin qorunması üçün Dünya Vəhşi Təbiəti Müdafiə Fondu kampaniyalara başlayıb. Heyvanların müdafiə təşkilatları 2022-ci ilə qədər pələnglərin sayını 6 minə çatdırmağı planlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.