DÜNYA


“Sony Xperia” smartfonları sifətin 3D-tanınma texnologiyası ilə təchiz ediləcək

Bakı, 29 iyun, AZƏRTAC

“Sony” şirkəti “Mobile World Congress” çərçivəsində sifətin üçölçülü (3D) tanınması sistemi ilə təchiz edilən yeni “Xperia” smartfon modelini nümayiş etdirməyi planlaşdırır.

AZƏRTAC “Life” resursuna istinadən xəbər verir ki, yenilənmiş sifət skaneri “SoftKinect” şirkətinin mühəndisləri tərəfindən hazırlanan xüsusi dərinlik ötürücüsündən və İsveçrənin “KeyLemon” şirkətinin mütəxəssislərinin ərsəyə gətirdiyi biometrik audentifikasiya proqram təminatından ibarətdir. “Sony” nümayəndələrinin sözlərinə görə, yeni texnologiya sifətin ənənəvi ikiölçülü tanınması funksiyası ilə müqayisədə daha təhlükəsizdir, çünki onu fotoşəkillər vasitəsilə aldatmaq qeyri-mümkündür. “3D” audentifikasiya sisteminə malik ilk qurğunun nə vaxt təqdim ediləcəyi barədə açıqlama verilməsə də, funksiyanın Yaponiya istehsalçısının qabaqcıl smartfonlarından birində quraşdırılacağı ehtimal edilir.

Xatırladaq ki, bundan əvvəl “JPMorgan” investisiya bankının analitikləri “iPhone 8” modelində sifətin “3D” tanınması texnologiyasının quraşdırılacağı barədə məlumat versələr də, “Apple” şirkəti bu barədə açıqlama verməkdən imtina edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.