DÜNYA
“Sony” saniyədə 960 kadr sürətlə videoçəkilişə imkan verən sensor yaradıb
Bakı, 25 fevral, AZƏRTAC
Son zamanlar smartfonlara qurulmuş kameralar o qədər güclü xüsusiyyətlərə malikdir ki, əvvəllər “Siemens CX65” cihazında sadə 0,3 meqapiksellik kameradan necə istifadə etdiyimizə təəccüblənirik. Amma inkişaf gedir və bu yaxınlarda “Sony Semiconductor Solutions Corporation” şirkətinin mütəxəssisləri tərəfindən təqdim edilmiş yeni tip “CMOS” sensorunda rəqəmli siqnalların işlənməsi elementləri, həmçinin “DRAM” dinamik yaddaşı əlavə edilib. “CMOS” sensorun özəlliyi odur ki, qurğu saniyədə 960 kadradək sürətlə videoçəkiliş etməyə imkan verir. Bu halda qurğunun mərkəzi prosessorunda kiçik yüklənmə sensoru, hətta smartfonlarda istifadə etməyə imkan verir.
AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, adi sensorlar ikiqat (birinci qatda işığa həssas elementlər, ikinci qatda isə siqnalların e-mail və çevrilməsini yerinə yetirən mikrosxemlər yerləşib) olduğu halda “Sony” şirkətinin mühəndisləri üçüncü qat əlavə ediblər. Məhz üçüncü qat “DRAM” dinamik yaddaşı və əlavə rəqəmli məntiqi elementlərdən ibarətdir. Nəticədə sensor saniyədə 960 sürətlə 1920x1080 təsvir ölçülü videoçəkilişə imkan verir. Təsvir 4:3 və 16:9 tərəflər nisbətinə, 1.71-dən 19.3 meqapikselədək təsvir ölçüsünə malik ola bilər.