ELM VƏ TƏHSİL
“Sony” yeni smartfonunu nümayiş etdirib
Bakı, 4 avqust, AZƏRTAC
Yaponiyanın “Sony” korporasiyası yeni smartfonunu nümayiş etdirib. “Sony Xperia M5” smartfonu su və toza qarşı dayanıqlıdır. Cihaz 1920x1080 piksel təsvir ölçülü 5 düymlük ekranla təchiz olunub. Əməli yaddaşın tutumu 3 QB, daxili yaddaşın tutumu isə 16 QB-dır. Smartfonun 64 bitlik səkkiznüvəli “MediaTek Helio X10” adlı mərkəzi prosessoru 2 QHs takt tezliyində işləyir.
AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, aparatın ön kamerası 13 meqapiksellik təsvir ölçüsünə malikdir və “Full-HD” formatında video çəkə bilir. Arxa kamera isə hibrid 21,5 meqapiksellik “Sony Exmor RS” sensor, beşqat optik zumla təchiz edilib və “4K” formatında video çəkmək imkanı yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]