DÜNYA


Sooronbay Jeenbekovun Qırğızıstan prezidentliyinə namizədliyi irəli sürülüb

Bişkek, 18 may, АZƏRTAC

Qırğızıstan Sosial-Demokrat Partiyası (QSDP) Siyasi Şurasının Bişkekdə keçirilən iclasında ölkənin Baş naziri Sooronbay Jeenbekovun prezidentliyə namizədliyi irəli sürülüb.

QSDP-nin qurultayı S.Jeenbekovun namizədliyini təsdiq etməlidir. O, 2016-cı ilin aprelindən Qırğızıstanın Baş naziridir. Bundan əvvəl isə deputat, kənd və su təsərrüfatı, emal sənayesi naziri, Hökumətin Oş vilayəti üzrə səlahiyyətli nümayəndəsi olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.