DÜNYA
Sorğu: Britaniyanın hakim partiyası seçkilər ərəfəsində əsas rəqibini 11 faiz qabaqlayır
Bakı, 30 aprel, AZƏRTAC
Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası növbədənkənar parlament seçkilərinə qırx gün qalmış ikinci yerdə gedən Leyborist Partiyasını 11 faiz qabaqlayır. Bu nəticə ORB sosioloji xidmətinin Sunday Telegraph qəzetinin sifarişi ilə keçirdiyi ictimai rəy sorğusunda əldə olunub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, rəy sorğusunun nəticələrinə əsasən, toriləri hazırda respondentlərin 42 faizi, leyboristləri isə 31 faizi dəstəkləyir. Üçüncü yerdə 10 faizlə liberal demokratlar gəlir. Ölkənin digər siyasi qüvvələrinin ümumi dəstəyi 17 faizə bərabərdir.
Xatırladaq ki, Böyük Britaniyada növbədənkənar parlament seçkiləri iyunun 8-də keçiriləcək. Seçkilərdən məqsəd “Brexit” prosesinin uğurunu təmin edə biləcək güclü hökumət formalaşdırmaqdır.