DÜNYA


Sorğu: İranda əhalinin 67 faizi prezident seçkilərində səs verəcək

Tehran, 15 may, AZƏRTAC

Mayın 19-da İranda keçiriləcək prezident seçkilərində əhalinin 67 faizi səsvermədə iştirak edəcək. İRNA agentliyinin 31 vilayətdə 6089 respondent arasında keçirdiyi sosioloji sorğunun nəticələri onu deməyə əsas verir ki, İranda seçici fəallığı yüksəkdir.

Keçirilən sorğudan məlum olub ki, əhalinin 67 faizi səsvermədə iştirak edəcək, 16,2 faizi isə hələlik səsvermədə iştirak edəcəkləri barədə qərar vermədiklərini bildiriblər.

Rəyi soruşulanların 27,8 faizi islahatçıları, 23,3 faizi mühafizəkarları, 14 faizi digər siyasi təşkilatları dəstəkləyir, 20,7 faizi isə heç bir siyasi qüvvənin tərəfdarı olmadıqlarını bildiriblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.