DÜNYA


Sorğu: Trampın populyarlıq reytinqi yeni minimuma çatıb

Bakı, 8 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın populyarlıq reytinqi onun bu ilin yanvar ayında baş tutan inauqurasiyasından indiyədək ən aşağı göstəriciyə düşüb. Bu barədə məlumat SSRS xidmətinin CNN telekanalının sifarişi ilə keçirdiyi sorğunun nəticələrində də öz əksini tapıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, respondentlərin 38 faizi Trampın prezident postundakı fəaliyyətini müsbət qiymətləndirib. Aprel ayında bu göstərici 44 faizə, martda 45 faizə, fevralda isə 44 faizə çatırdı.

Sorğuya əsasən prezidentin işindən narazı qalan vətəndaşların sayı 56 faiz olub. Aprel, mart və fevral aylarında isə onların sayı müvafiq olaraq 54 faiz, 52, faiz və 53 faiz təşkil edib.

Prezidentə dəstək verənlərin demək olar ki, hamısı Respublikaçılar Partiyasının tərəfdarı, onu tənqid edənlərin əksəriyyəti isə demokratlardır.

SSRS xidmətinin sorğusunda iştirak edən vətəndaşların 36 faizi Trampın etibarlı şəxs olub-olmaması sualına müsbət, 60 faizi isə mənfi cavab verib. Prezidentin xarici siyasət sahəsində verdiyi qərarlar vətəndaşların 35 faizini qane edib, respondentlərin 61 faizi isə əks mövqedə dayanıb.

Qeyd edək ki, 3-6 avqust tarixlərində keçirilən sorğuda bütün ölkə üzrə 1018 amerikalı iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.