REGİONLAR


Sorğu iştirakçıları dini radikalizmlə mübarizədə gənclərin rolu barədə sualları cavablandırıblar

A+ A

Quba, 8 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Sentyabrın 8-də “Dini radikalizmlə mübarizədə region gənclərinin rolunun artırılması” adlı layihə çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarından olan bir qrup gənc arasında yazılı sorğu aparılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq–Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə Qubada keçirilən “Dini radikalizm gənclərin gözü ilə” adlı sorğuda hər üç rayondan, ümumilikdə, 90 gənc iştirak edib.

Sorğu iştirakçıları dini radikalizm, onunla mübarizədə gənclərin rolu haqqında sualları cavablandırıblar. Daha sonra gənclərin verdiyi cavablar təşkilatın ekspertləri tərəfindən araşdırılıb. Sorğu iştirakçıları dini radikalizmlə mübarizədə müxtəlif təkliflər veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.